Məişət tullantılarının ətraf aləmə mənfi təsiri

     VI “B” sinif şagirdlərinin iştirakı ilə “Məişət tullantılarının ətraf aləmə mənfi təsiri” mövzusunda  sinif rəhbəri Sənubər  Almasovanın  təşkilatçılığı ilə sinif təşkilat  saatı keçirildi.    

   O bildirdi ki, ətraf mühitin mühafizəsinə töhfə vermək hər kəsin borcudur. Hər kəs ana təbiətin qorunmasında pay sahibi olmalıdır. Bunun üçün ekoloji tərbiyə də əhəmiyyətlidir. Azyaşlılara əllərindəki plastik qabları onlar üçün ayrılmış xüsusi konteynerlərə atılmasını başa salmaq ətraf mühitin mühafizəsinə dair atılmış kiçik, amma gələcəkdə nəticəsi böyük olacaq bir addımdır. Bundan başqa, hər birimiz plastik qabların alternativlərindən - şüşə qablardan, polietilen torbaların əvəzləyicisi olan parça və ya kağız torbalardan istifadəyə üstünlük verməliyik.

   Şagirdlər tullantıların ətraf aləmə mənfi təsiri ilə əlaqədar ətraflı məlumatlar toplayaraq müxtəlif təqdimatlarla çıxışlar etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi