Öz hüquqlarını necə bilirsən?
21.10.2022 – ci il tarixdə VIII “A” sinfində məktəbin tarix müəllimi Qeydafə İbrahimxəlilovanın təşkilatçılığı ilə “Öz hüquqlarını necə bilirsən? ” adlı dərs təşkil edildi.
Əsas məqsəd uşaqlara diqqət və qayğının təşviq edilməsi, onlara qarşı pis rəftarın və zorakılığın qarşısının alınması, bu sahədə məlumatlılığın artırılmasından ibarət olmuşdur.
Məktəbdə “Uşaq hüquqları aylığı” çərçivəsində tədbirlərin həyata keçirilməsi davam etdirilir.