Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə
Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2020-ci il tarixli,2307 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı"nın, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 23.12.2020-ci il tarixli, F-560 nömrəli əmrini rəhbər tutaraq VII“A” sinif şagirdləri ilə "Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə" mövzusunda profilaktik söhbət aparıldı.
Müntəzəm olaraq məişət zorakılğı ilə əlaqədar maarifləndirmə işləri aparılır, problem varsa zorakılıqla deyil sivil formada həll edilir. Məktəbin psixoloqu Bahar Qasımovanın rəhbərliyi ilə şagirdlərlə bu mövzu ətrafında profilaktik söhbətlər aparıldı. Şagirdləri düşündürən suallar araşdırıldı və sonda anket sorğusu aparıldı.