"Təlim keyfiyyətinin yüksəldilməsi. Təhsili dəstəkləyən yenilik və innovasiyalar" mövzusunda beynəlxalq konfrans
Cari ilin 17-18 noyabr tarixlərində Azərbaycan Müəllim İnkişafı Mərkəzinin və Avropa Azərbaycan Cəmiyyətinin birgə layihəsi olan “Təlimin keyfiyyətinin yüksəldilməsi. Təhsili dəstəkləyən yenilik və innovasiyalar” mövzusunda şagird nailiyyətlərinin artırılmasında maraqlı olan müəllim və digər təhsil işçiləri üçün beynəlxalq konfrans təşkil edildi. Konfransın birinci günündə keçirilən bölmə iclaslarında "Şagirdlərlə effektiv əks əlaqə qurmağın əhəmiyyəti və yolları", "Metakoqnitiv proses: dərrakəli şagirdlərin və bacarıqlı düşünərlərin formalaşdırılması", "Şagird nailiyyətinin yüksəlməsində Skaffoldinq", "Məktəblərin XXI əsr bilik əsaslı iqtisadiyyata hazırlanması" və digər mövzular müzakirə olundu. Konfransın davamında ABŞ-dan olan professor Bill Martinin "Uğura nail olan məktəblər" mövzusunda məruzəsi dinlənildi. Konfransın ikinci günündə Yeni Zelandiyada yerləşən Koqnitiv təhsil şirkətinin baş məsləhətçisi və Görünən təlim qlobal proqramının direktoru Debra Masters "Görünən təlim" mövzusunda çıxış etdi. 18 noyabr tarixində Debra Mastersin iştirakı ilə açıq seminar keçirildi. Daha sonra yekun çıxışlar edildi. Konfransda məktəbimizin direktoru Kifayət Tanrıverdiyeva iştirak etdi.