Məktəbin illik fəaliyyət planına əsasən noyabr ayında keçirilən tədbirlər

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Məktəbdənkanar fəaliyyətin təşkili sektorunun Fəaliyyət Planına uyğun olaraq 2016-cı ilin noyabr ayının 4-16 tarixlərində 151 nömrəli tam orta məktəbdə məktəbliləri milli-mənəvi dəyərlərə hörmət və vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik hissini yüksəltmək, uşaqlara digər millətlərə, dinlərə hörmət və dözümlülük hissi aşılamaq, hüquq və vəzifələri barədə biliklərini artırmaq məqsədilə bir sıra tədbirlər həyata keçirilmişdir. "9 noyabr -Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü”nə həsr olunmuş tədbir, məktəblilər arasında “Mənim bayrağım ən gözəl bayraqdır” mövzusunda rəsm müsabiqəsi təşkil olunmuşdur. I-IV siniflər arasında “Bir kərə yüksələn bayraq bir daha enməz” mövzusunda bədii qiraət müsabiqəsi keçirilmişdir. Azərbaycan Respublikasının Konstitusiyası Gününə həsr olunmuş disput təşkil olunmuş, “Milli Dirçəliş Günü”nə həsr olunmuş toplantı və filmin nümayişi olmuşdur. Məktəb kitabxanasında oxucularla “İnkişafa aparan yol” adlı diskusiya və "Ən böyük nailiyyətimiz əbədi dirçəlişimiz, müstəqilliyimizdir” mövzusunda viktorina keçirilmişdir. Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş “Azərbaycan beynəlxalq tolerantlıq və multikulturalizm nümunəsi” mövzusunda dəyirmi masa və “Beynəlxalq Tolerantlıq Günü” ilə əlaqədar kinofilmin nümayişi təşkil edilmişdir. “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir və sərgi keçirilmiş, bayramlarla əlaqədar divar qəzetləri və guşələr hazırlanmışdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi