Qeyri-infeksion xəstəliklərlə mübarizə
Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 dekabr tarixli 1645 №-li Sərəncamı ilə “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”ya əsasən nəzərdə tutulan Tədbirlər Planına uyğun olaraq 151 №-li tam orta məktəbdə mütəmadi olaraq müvafiq tədbirlər həyata keçirilir. Belə ki, məktəbdə sağlamlığa mənfi təsir göstərən bir çox maarifləndirici tədbirlər həyata keçirilmişdir. Noyabr ayında tütünün və spirtli içkinin insan sağlamlığına mənfi təsiri haqqında məktəb həkimi Sevinc Ələkbərovanın iştirakı ilə maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə əsasən VIII-XI siniflər iştirak etmişlər. Sevinc Əlakbərova sağlam həyat tərzi haqqında geniş məlumat vermiş və zərərli vərdişlərdən uzaq olmağı tövsiyə etmişdir. Şagirdlərin verdikləri sualları cavablandırmışdır. Həmçinin, sağlam olmaq üçün hansı qida məhsullarından istifadə etmək, fiziki aktivliyi artırmaq məqsədi ilə idmanla məşğul olmaq şagirdlərə tövsiyə edilmişdir. Məktəbdə müntəzəm olaraq məktəblilərin fiziki aktivliyini yüksəltmək məqsədilə müxtəlif idman yarışları keçirilir. Mütəmadi olaraq insan sağlamalığına mənfi təsir göstərən amillər haqqında digər maarifləndirici tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.