“Şuşa qəhrəmanları” adlı yaradıcılıq sərgisi keçirildi

      Azərbaycan Milli Xalça Muzeyində 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə ​ “Uşaqların ürəkləri ilə çiçəklənən Şuşa” adlı festival keçirildi.

     “Şuşa İli”nə həsr olunmuş məktəblilərin “Şuşa qəhrəmanları” adlı yaradıcılıq sərgisində məktəbimizin şagirdlərinin əl işləri də nümayiş etdirildi.

     VIII “A” sinif şagirdi Mehriban Əliyeva və  IX “B” sinif şagirdi Əbdülkərim Əliyev rəsm sərgisində fəal iştirak etdiklərinə  görə təşəkkürnamə ilə təltif edildi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi