Müstəqillik Günü qeyd edildi
Xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş 1918-ci il mayın 28-i hər bir Azərbaycan vətəndaşının milli qürür duyduğu bir gündür. Bu gün respublikamızın hər yerində təntənəli şəkildə qeyd olunur.
Bu münasibətilə məktəbdə Rus dili və ədəbiyyat müəllimi Sənubər Almasovanın təşkilatçılığı ilə geniş tədbir keçirildi.
Tədbirdə iştirak edən V “B” sinif şagirdləri şeirlər söylədilər, mahnılar ifa etdilər.
Sonda Müstəqillik Günü ilə bağlı təqdimatlar dinlənildi və videoçarx nümayiş etdirildi.