Ətraf aləmin qorunması
“Təbiəti qoruyanlar” layihəsinin həyata keçirilməsi ilə əlaqədar məktəbin texnologiya müəllimi Sayalı Alıyevanın təşkilatçılığı ilə VI “B” sinif şagirdləri hazırladıqları quşlar üçün yuvaları məktəbyanı sahədə olan ağacdan asmışlar.
Sahibsiz heyvanlara qulluq və düzgün münasibətin formalaşması məqsədi ilə şagirdlərlə söhbətlər aparılmışdır. Sahibsiz heyvanlara qayğı və onlara düzgün münasibət bəslənməsi aşılanmışdır.
VII “C” sinif şagirdlərin Bakı Zooloji Parkına ekskursiyası təşkil edilmişdir.