“Qaraca qız” əsəri müzakirə edilmişdir

    Ailə məktəb münasibətlərinin səmərəli  təşkili  böyüməkdə olan gənc  nəslin bilik və bacarıqlarını  inkişaf  etdirməsinə sistemli töhfə verir.

    Ailələr və məktəb arasında səmərəli əməkdaşlığı təşviq etmək  məqsədilə  məktəbdə “Ailəm və məktəbim” adlı layihə ilə bağlı bir sıra tədbirlər həyata keçirilir.

    Valideyn və şagirdlərin birgə fəaliyyətlərə cəlb olunması məqsədi ilə məktəb kitabxanasında ədəbiyyat müəllimi Səidə İsmayılovanın rəhbərliyi ilə S.S.Axundovun “Qorxulu nağıllar” başlığı altında yazdığı hekayələrdən biri olan “Qaraca qız” əsəri təhlil olunmuşdur.

    Əsərin  müzakirəsində VI”B” sinif şagirdləri  ilə yanaşı valideynlər də iştirak etmişlər.

    Əsərdəki mənfi və müsbət obrazlar geniş müzakirə olunmuş və hər bir şagirdin əsər haqqında fərdi fikirləri dinlənilərək müzakirə edilmişdir.Müzakirə  şagirdlərin və valideynlərin böyük marağına səbəb olmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi