Valideynlərin iştirakı ilə açıq dərs keçirilmişdir

    “Ailəm və məktəbim” layihəsinin həyata keçirilməsi ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 18.04.2022-ci  il tarixli F-145 nömrəli əmrinin icrası ilə əlaqədar 151 nömrəli tam orta məktəb üzrə tədbirlər planı tərtib edilmişdir. Tədbirlər planına əsasən valideynlərin övladlarının təhsil aldıqları müəssisə ilə yaxından tanış oması, məktəbdə keçirilən layihələr barədə məlumatlandırılması təşkil edilmişdir.

    Valideynlər məktəbin fizika müəllimi Tamarə Cəfərovanın rəhbərliyi ilə VIII “B” sinfində keçirilən açıq dərsi izləmişlər. Onların müntəzəm olaraq məktəbdə keçirilən tədbirlərdə, idman yarışlarında, açıq dərslərdə, dəyirmi masalarda iştirakı təşkil olunur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi