Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında dəyirmi masa keçirilmişdir
İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi ilə əlaqədar Bakı şəhəri üzrə Təhsil İdarəsinin 08.02.2022-ci il tarixli F-53 nömrəli əmrinin icrasına əsasən məktəbin VII “C” sinif şagirdlərinin iştirakı ilə Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında Sənubər Almasovanın rəhbərliyi ilə dəyirmi masa keçirilmişdir.
Məktəbin Rus dili və ədəbiyyat müəllimi Sənubər Almasova İrəvan Müəllimlər Seminariyasının milli təhsil tariximizdə yeri və rolu haqqında geniş məlumat verilmişdir. O, qeyd etmişdir ki, İrəvan Müəllimlər Seminariyasını bitirmiş məzunlar öz təhsillərini müxtəlif ali təhsil ocaqlarında davam etdirərək Azərbaycana qayıtmış və ölkəmizdə elm, mədəni-maarif işlərinin, habelə iqtisadiyyatın müxtəlif sahələrinin inkişaf etdirilməsində yaxından iştirak etmişlər.
Sonda şagirdlərin oxuduqları əsərlərin müzakirəsi keçirilmişdir.