“Oxu günü”nə həsr edilmiş tədbir keçirilmişdir
Şagirdlərin dünyagörüşünün və bilik dairəsinin genişlənməsində, obrazlı və məntiqli təfəkkürünün inkişafında mütaliənin rolu müstəsna əhəmiyyət kəsb edir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 18.04.2022-ci il tarixli F-147 nömrəli əmrinin icrası ilə əlaqədar məktəbdə “Oxu günü”nə həsr olunmuş tədbir təşkil edilmişdir. Əsas məqsəd şagirdlərin mütaliəyə marağının daha da artırılması, oxu vərdişlərinin inkişaf etdirilməsindən ibarət olmuşdur.
Tədbirdə iştirak edən şagirdlər Azərbaycan yazıçılarının dram əsərlərindən parçaları səhnələşdirmiş, bədii əsərlərin müzakirəsini təşkil etmiş, bir-birindən maraqlı şeirlər söyləmiş, kompozisiyalar və tamaşalar nümayiş etdirmişlər.
Məktəbin ədəbiyyat müəllimi Sənubər Almasova aprel ayında anadan olmuş Azərbaycan klassik və müasir ədəbiyyat nümayəndələri haqqında şagirdlərə zəruri olan məlumatlar vermişdir.