Heç bir uşağı nəzərdən qaçırmayaq!
BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının qorunması vəziyyətinin daha da yaxşılaşdırılması məqsədilə 151 nömrəli tam orta məktəbdə “Uşaq hüquqları aylığı” çərçivəsində bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, sinif təşkilat saatlarında “Uşaq hüquqları” mövzusunda söhbətlər aparılmış, tarix dərslərində “Uşaq hüquqları konvensiyasından irəli gələn müddəlar” uşaqlara izah edilmişdir. "Müəllim–şagird–valideyn münasibətlərinin qorunmasında uşaq hüquqlarının nəzərə alınması” adlı dəyirmi masa və “Mənim hüquqlarım və vəzifələrim” adlı inşa yazı müsabiqəsi keçirilmişdir. 03.11.2016–cı il tarixdə “Heç bir uşağı nəzərdən qaçırmayaq!” adlı tədbir keçirilmişdir. Tədbiri məktəbin direktor müavini Mahirə Qafarova açaraq vurğulamışdır ki, hələ də dünyanın çox yerlərində uşaqlar öz hüquqlarından məhrum olur və onlardan istifadə edə bilmirlər. Məktəbin tarix müəllimi Murad İsmaylov Uşaq Hüquqları Konvensiyası haqqında geniş məlumat vermiş, sonra şagirdlər hazırladıqları şeirləri söyləmiş, mahnıları ifa etmiş və səhnəcikləri nümayiş etdirmişlər. Sonra “Mənim qanunum məni müdafiə edir” adlı rəsm sərgisi və “Heç bir uşağı nəzərdən qaçırmayaq” adlı videoçarx nümayiş etdirilmişdir.