Plastik qabların ziyanı
Ərzaq insanın ən əsas təlabatıdır. Plastik qablarda saxlanılan ərzaq qidaları insan orqanizminə necə təsir edir ?
Məktəbin biologiya müəllimi Afət Güləliyeva 7”C” sinif şagirdləri ilə plastik qablarda saxlanılan ərzaq qidaları və mayelərin insan orqanizminə mənfi təsiri haqqında ətraflı məlumat verdi. Mayelərin plastik qablarda uzun müddətli saxlanılmasının məsləhət olmadığını xüsusi vurğuladı. Plastik qablarda maye çox qalarsa, qabın tərkibindəki zərərli maddələr mayenin tərkibinə keçər. Məhz ona görə də plastik qablardan ikinci dəfə istifadə olunmamalıdır.
Şagirdlərlə bu barədə geniş diskussiya aparıldı. Ərzaq məhsullarının, mayelərin şüşə qablarda saxlanılmasının məqsədəuyğun olduğu vurğulandı.
Şagirdlərin hazırladıqları təqdimatlar dinlənildi.