Valideynlərlə növbəti görüş

28.10.2016-cı il tarixində 151 nömrəli tam orta məktəbdə siniflər üzrə valideyn komitələri və sinif rəhbərlərinin iştirakı ilə növbəti iclas keçirildi. İclası giriş sözü ilə məktəbin direktoru Kifayət Tanrıverdiyeva açaraq iştirakçıları salamladı. Məktəbin tərbiyə işləri üzrə direktor müavini Mahirə Qafarova iclasın gündəliyində duran məsələləri iştirakçıların nəzərinə çatdırdı. İclasın gündəliyində duran məsələlər məktəb üzrə valideyn komitəsinin seçilməsi, şagird-müəllim-valideyn münasibətlərinin səviyyəsinin qaldırılması, məktəb həyatında valideynlərin rolu, məktəbdaxili nizam-intizam qaydalarına şagirdlərin riayət etməsi və cari məsələlər idi. Sonra gündəlikdə duran məsələlərin müzakirəsinə başlanıldı. Səsvermə yolu ilə məktəb üzrə valideyn komitəsinin sədri və müavinləri seçildi. Bir çox çıxışlar dinlənilərək müzakirələr aparıldı. Xüsusilə vurğulandı ki, valideynlərin məktəb həyatında rolu böyükdür. Valideyn-məktəb-şagird münasibətləri düzgün qurularsa məktəbdə daha böyük nailiyyətlər əldə etmək olar. Görüşdə təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində məktəb qarşısında duran əsas məsələlərdən danışıldı, şagird nailiyyətlərinin izlənilməsi ilə bağlı bir sıra mühüm məqamlara da nəzər salındı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi