“Bahar çələngi” adlı ədəbi-bədii kompozisiya keçirilmişdir

    Bakı Şəhəri  üzrə Təhsil İdarəsinin 01 mart 2022-ci il tarixli F-85 nömrəli əmri ilə təsdiq edilmiş “Bahar çələngi” layihəsinin icrası ilə bağlı hazırlanmış məktəbin tədbirlər planına uyğun olaraq silsilə tədbirlər həyata keçirilmişdir.

Xalqımızın milli-mənəvi dəyərlərinin yaşadılması, gələcək nəsillərə ötürülməsi məqsədilə 18.03.2022-ci il tarixdə məktəbin akt zalında “Novruz gəlir, yaz gəlir” adlı geniş tədbir keçirildi. Tədbirdə məktəb kollektivi iştirak etdi. Şagirdlərin milli adət-ənənələrə əsasən  bəzədilmiş zalda müxtəlif çıxışları hər kəsin marağına səbəb oldu. Novruz bayramının personajları olan Kosa və Keçəlin çıxışı tədbirə daha yeni rəng qatdı. Milli geyimlərdə olan şagirdlər müxtəlif şeirlər söylədilər, səhnəciklər göstərdilər, rəqslər ifa etdilər.

    Tədbrin sonunda şagirdlərin rəsmlərindən və siniflər üzrə divar qəzetlərindən ibarət sərgi təşkil edildi.

    Yeni həyat gətirən, qəlbləri sevindirən, ətrafı gözəlləşdirən, təbiəti oyadan, bayramların ən sevimlisi olan Novruz bayramınız mübarək!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi