“İrəvan Müəllimlər Seminariyasının milli təhsil tariximizdə yeri və rolu” mövzusunda dəyirmi masa keçirilmişdir
İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi ilə əlaqədar Bakı şəhəri üzrə Təhsil İdarəsinin 08.02.2022-ci il tarixli F-53 nömrəli əmrinin icrasına əsasən məktəbdə X”A” sinif şagirdlərinin iştirakı ilə “İrəvan Müəllimlər Seminariyasının milli təhsil tariximizdə yeri və rolu” adlı dəyirmi masa keçirilmişdir.
Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Səidə İsmayılovanın rəhbərliyi ilə İrəvan Müəllimlər Seminariyasının milli təhsil tariximizdə yeri və rolu haqqında geniş məlumat verilmişdir. O, qeyd etmişdir ki, İrəvan Müəllimlər Seminariyasını bitirmiş məzunlar öz təhsillərini müxtəif ali təhsil ocaqlarında davam etdirərək Azərbaycana qayıtmış və ölkəmizdə elm, mədəni-maarif işlərinin, habelə iqtisadiyyatın müxtəlif sahələrinin inkişaf etdirilməsində yaxından iştirak etmişlər.
Tədbirin sonunda şagirdlər təqdimatlarla çıxışlar etmişlər.