Peşə xidmətinin təşkili ilə bağlı maarifləndirici söhbət aparılmışdır
Azərbaycan Respublikası təhsil nazirinin 29.07.2021-ci il tarixli F-382 nömrəli əmrinin icrası ilə əlaqədar 14.03.2022-ci il tarixdə IX-XI siniflərlə peşəyönümü xidmətinin təşkili ilə bağlı maarifləndirici söhbət aparılmışdır.
Peşəyönümü xidmətinin koordinatoru Mahirə Qafarova fevral ayında Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təlimdə olmuş və təhsil mərkəzindən çəkilmiş video görüntüləri şagirdlərə nümayiş etdirmişdir.
Veb dizayner və proqram təminatçısı Salehə Məmmədova şagirdləri maraqlandıran sualları cavablandırılmışdır.