20 yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir

    Ölkəmizin müstəqilliyi uğrunda mübarizədə canlarından keçmiş Vətən övladlarını yad etmək, gənclərdə vətənpərvərlik hissini yüksəltmək məqsədi ilə Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılan 20 Yanvar faciəsinin otuz ikinci ildönümü ilə əlaqədar"20 yanvar  faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir " adlı ədəbi-bədii kompozisiya təşkil edildi.  Məktəbin tarix müəllimi Murad İsmayılov çıxış edərək Vətənimizin şərəfi, xalqımızın azadlığı uğrunda qurban gedən şəhidlərimizin xatirəsinin hər zaman olduğu kimi bu gün də əziz tutulduğunu qeyd etdi. Xalqımızın qan yaddaşında əbədi həkk olunmuş 20 Yanvar faciəsindən otuz iki il ötməsinə baxmayaraq, o məsum gecənin doğurduğu matəm acısı unudulmamışdır.

     Tədbirdə şəhidlərin xatirəsinə həsr olunmuş şeirlər söylənildi, mahnılar ifa olundu. Azərbaycanın hüzn dolu bu günü, tarixdə Qara Yanvar kimi yazılmış 20 Yanvar faciəsi bir də yaddaşlarda səhifələndi. Azərbaycanın müstəqilliyi, azadlığı uğrunda şəhid olmuş övladlarımızin xatirəsi ehtiramla yad edildi. "Qanlı şənbə gecəsi rənglərin dilində" adlı rəsm sərgisi təşkil edildi. Yuxarı sinif şagirdlərinə 20 Yanvar faciəsi ilə əlaqədar film nümayiş etdirildi. I-XI siniflər üzrə 20 Yanvar faciəsi ilə əlaqədər divar qəzetləri buraxıldı, məktəbin foyesində foto-stend hazırlandı və güşə yaradıldı. Məktəbin bir qrup şagirdlərinin Şəhidlər Xiyabanına ziyarəti təşkil edildi.

    Biz fəxr edirik ki, azadlıq yolunda özünü qurban vermiş şəhidlərimiz var. Onların qəhrəmanlığı, onların ruhu bizim qəlbimizidə daim yaşayacaqdır!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi