Nizami Gəncəvi yaradıcılığı ibtidai siniflərin gözü ilə
Azərbaycan Respublikasının Prezidenti cənab İham Əliyevin sərəncamı ilə 2021-ci il “Nizami Gəncəvi ili” elan edilmişdir. Bu sərəncamdan irəli gələn tədbirlərin davamı olaraq II ”A” sinfində ibtidai sinif müəllimi Məlahət Abdullayevanın rəhbərliyi ilə Nizami Gəncəvinin həyat və yaradıcılığına həsr olunmuş tədbir keçilirmişdir. O, şagirdlərə şairin həyat və yaradıcılığı haqqında geniş məlumat verərək qeyd etmişdir ki, Nizami Gəncəvi dünya ədəbiyyatında böyük məhəbbət və hörmətlə yad olunan şairlərdəndir. Onun zəngin irsi bütün dövrlərdə aktuallığı və müasirliyi ilə seçilir.
Şagirdlər dahi şair və mütəfəkkir Nizami Gəncəvinin şeirlərini söyləmiş, əsərlərindən səhnələr nümayiş etdirmişlər.
Tədbirin sonunda videoçarx göstərilmiş, şairin nəsihətləri, hikmətli sözləri söylənilmişdir.