Nizami Gəncəvi yaradıclığına həsr olunmuş tədbir keçirilmişdir

     Dahi  Azərbaycan şairi və mütəfəkkiri  Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr olunmuş tədbirlər davam edir.

     Qüdrətli  söz və fikir ustadının insanları  daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi  keyfiyyətlər aşılayan zəngin yaradıcılığına bir daha müraciət edilmişdir.

     Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Səidə İsmayılovanın təşkilatçılığı ilə geniş tədbir keçirilmişdir. O, dahi şairin həyat və yaradıcılığından söz açaraq bildirmişdir ki,  Azərbaycan  şairi və mütəfəkkiri  Nizami Gəncəvi bəşəriyyətin  bədii fikir səlnaməsində yeni səhifə açmış  nadir şəxsiyyətlərdəndir. Bu il  “Nizami  Gəncəvi ili”  elan edilməsi Azərbaycançılığa,onun tarixinə və mədəniyyətinə olan ehtiramın təzahürüdür.

    Tədbirdə iştirak edən VI “B”  sinif şagirdləri çox böyük məharətlə Nizami Gəncəvinin müxtəlif  əsərlərindən obrazlar canlandırmışlar.

    Tədbir iştirakçıların böyük marağına  səbəb olmuşdur.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi