“Breyn Rinq” intellektual bilik yarışı keçirilmişdir

    Məktəb üzrə  VI-XI siniflər arasında “Breyn Rinq” intellektual bilik yarışı keçirilmişdir. Yarışda hər qrupda  5 nəfər olmaqla 9  komanda iştirak etmişdir. Əsas məqsəd  şagirdlər arasında milli-mənəvi  dəyərlərimizi təbliğ etmək, onları  tariximiz, mədəniyyətimiz haqqında maarifləndirmək, istedadlı şagirdləri üzə çıxarmaq  və onların  asudə vaxtlarını səmərəli  təşkil  etməkdən ibarət olmuşdur.

     Yarışda “Nizami Gəncəvi ili “ ilə əlaqədar  şairin yaradıcılığına həsr olunmuş suallar da səsləndirilmişdir.

    Belə yarışların  keçirilməsi zamanı şagirdlərin bilik və bacarıqlarından əlavə, məntiqi düşüncə və dünyagörüşünün   də inkişafına nail omaq üçün imkan yaratmaq olur. Onların məlumat bazası daha da genişlənir.

   Yarışın nəticəsinə əsasən sonda  X ”A” sinif şagirdlərindən ibarət “Şuşa” komandası qalib olaraq yarışın kubokuna layiq görülmüşlər .

   Məktəbin biologiya müəllimi Salehə Məmmədovanın məntiqi  və düşündürücü suallardan  ibarət təşkil etdiyi  intellektual bilik yarışı şagirdlərin böyük marağına  səbəb olmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi