Dahi Nizami əsərlərinə inteqrasiya

Ölkə rəhbəri möhtərəm Prezident  İlham Əliyevin müvafiq sərəncamı ilə 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi ili” elan edilməsi, dahi şairin zəngin irsinin daha dərindən öyrənilməsi, o cümlədən dünyada geniş təbliği baxımından  xüsusi  əhəmiyyət  kəsb edir.

Şairin əsərlərindəki estetik, ekoloji, əmək, əxlaq tərbiyəsinə aid  nümunələrdən istifadə  edərək şagirdlərdə   bu tərbiyə  növlərinin formalaşmasına daha yaxşı nail olmaq olar. Bu məqsədlə VII”A” sinfində biologiyadan  açıq dərs təşkil edilmişdir.

Dünya şöhrətli şairimiz Nizami Gəncəvi bütün dövrlərinin ən sevilən dahilərindən biri olmuşdur. O,doğma Azərbaycanın gözəlliklərini  əsərlərində  yorulmadan  vəsf etmişdir.

Biologiya müəllimi Salehə Məmmədova  Nizami Gəncəvi yaradıclığı haqqında  geniş məlumat verərək qeyd etmişdir ki, şair bütün əsərlərində  insanları  təbiəti  sevməyə və ona qayğıkeş  münasibət  bəsləməyə  çağırmışdır.

Şagirdlər şairin canlı və cansız  təbiətlə bağlı  fikirlərini söyləyərək maraqlı  təqdimatlarla  çıxışlar etmişlər.

Nizami Gəncəvinin bizə miras qoyub getdiyi ədəbi – pedaqoji irsi daha dərindən dərslərdə şagirdlərə aşılamaq bizim mənəvi borcumuzdur

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi