Plastik və şüşə qablarda saxlanılan mayelərin ciddi keyfiyyət fərqləri
Plastik qablar əvvəllər daha çox içməli suların və quru qidaların qablaşdırılması üçün istifadə ediliridi. İndi isə istadə etdiyimiz əksər qida və qeyri - qida məhsullarının qablaşdırılmasında plastik qablara rast gəlirik.
V “B” sinfinin sinif rəhbəri Sənubər Almasova sinif təşkilat saatında plastik və şüşə qablarda saxlanılan mayelərin ciddi keyfiyyət fərqləri haqda geniş məlumat verdi. Plastik qabların insan sağlamlığına zərəri, mənfi təsiri dərhal deyil, yavaş-yavaş özünü göstərir və insan orqanizmində müxtəlif xəstəliklərin əmələ gəlməsinə səbəb olur. Həm də plastik qabların tullantıları ətraf aləmə ekoloji cəhətdən mənfi təsir göstərir.
Şagirdlər fəallıq göstərərək plastik torbaların da canlılar üçün təhlükə mənbəyi olduğunu və yandırdıqda isə tərkibindəki kimyəvi qarışıqların atmosferə zərərli maddələr yaydığını qeyd etdilər.
Sağlamılığımızı düşünərkən plastik qablarda deyil, şüşə qablarda saxlanılan mayelərdən istifadə etmək lazımdır.