Şagirdlərə məktəbli formaları təqdim edildi
Cari ilin sentyabr ayında Nəsimi Rayonu İcra Hakimiyyəti tərəfindən rayonun bütün ümumtəhsil məktəbləri üzrə, o cümlədən 151 nömrəli orta məktəbin aztəminatlı ailələrdən olan 5 şagirdinə yeni məktəbli formaları hədiyyə olundu. Hədiyyələr şagirdlərin və valideynlərin böyük sevincinə səbəb oldu. Valideynlər, öz növbəsində, bu gözəl təşəbbüslə çıxış edən tədbir təşkilatçılarına minnətdarlıq hislərini çatdırdılar.