“İşğaldan azad edilmiş bölgələrin tarixi, coğrafiyası və mədəni abidələri” adlı dəyirmi masa keçirilib
Bakı şəhəri Nəsimi rayonu 151 nömrəli tam orta məktəb üzrə Azərbaycan Respublikası Təhsil naziliyinin “27 sentyabr Anım Günü və 8 noyabr Zəfər Günü” ilə bağlı 07.09.2021-ci il tarixli F-429 nömrəli və BŞTİ-nin 08.09.2021-ci il F-191 nömrəli əmrinin icra olunması ilə əlaqədar məktəbin tarix və biologiya müəllimlərinin təşkilatçılığı ilə 11 “C”,
8 “A” və 7 “Ç”siniflərində dəyirmi masalar keçirilib.
İşğaldan azad olunmuş bölgələrin tarixi və coğrafiyası , mədəni abidələri, dini ibadətgahları, adət-ənənələri, tanınmış şəxsiyyətləri və flora-faunası haqqında şagirdlərin hazırladıqları təqdimatlar dinlənilib.
Bölgələrdə həyata keçirilən quruculuq işləri barədə geniş məlumatlar verilib, videomateriallar nümayiş etdirilib.