Son zəng
14 iyun 2016-ci il tarixdə respublikanın bir çox ümumtəhsil məktəblərində olduğu kimi, 151 nömrəli tam orta məktəbdə də "Son zəng" tədbiri keçirildi. Məktəbin direktoru Kifayət Tanrıverdiyeva tədbiri açıq elan edərək öz çıxışında şagird və müəllim kollektivinin təhsildə qazandığı uğurlardan söz açdı, ölkəmizdə təhsilin inkişafı istiqamətində görülən işlər və bu sahədə həyata keçirilən layihələr barədə danışdı, müstəqil həyata qədəm qoyan məzunlara uğurlar, ölkəmiz və xalqımız üçün layiqli övlad olmalarını arzuladı. Qeyd olundu ki, bu il məktəbi 28 məzun bitirir. Vurğulandı ki, ötən dərs ilində məktəb məzunları ali məktəblərə qəbulda yüksək nəticələr göstərmiş, nəinki respublikanın, eləcə də bir çox xarici dövlətlərin (Rusiya Federasiyası, Almaniya, Ukrayna, Türkiyə və s.) universitetlərinə daxil olmuşlar, bir neçə məzun 500-dən çox bal toplamış, ali məktəblərə qəbul ümumilikdə 68%-i keçmişdir.Tədbirdə iştirak edən digər qonaqlar da məzunlara və məktəb kollektivinə uğurlar arzuladı, şagirdlərin hazırladığı ədəbi-bədii kompozisiya nümayiş olundu, sonda isə son zəng çalındı.