Aşıq Ələsgərin 200 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib

    19  oktyabr  2021- ci il tarixdə məktəbin 11 “A” sinif şagirdlərinin iştirakı ilə “Aşıq Ələsgərin yetirmələri aşıq sənətinin inkişafına mühüm  töhfə vermişdir ”  mövzusunda dəyirmi masa keçirilib. Azərbaycan dili və ədəbiyyat müəllimi  Pərnisə Vəliyeva  Azərbaycan  aşıq  sənətinin inkişafında Aşıq Ələsgərin xidmətlərindən danışıb.

     Sonra isə uşaqlar Aşıq ələsgərin yetirilmələrindən söz açıblar. Onlar bildiriblər ki, Aşıq Ələsgər çox sayda yetirmələrindən ibarət bir məktəb formalaşdırmışdır.

    Şagirdlər onun yetirmələri olan Aşıq Ağalar, Aşıq Musa, Aşıq Əsəd, Aşıq  Nəcəf, öz oğlu Talıb və  başqalarının  Azərbaycan aşıq sənətinin inkişafında mühüm xidmətlərindən danışıblar. Sonda isə Aşıq Ələsgərin və yetirmələrinin şeirlərindən nümunələr söylənilib. 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi