Yol hərəkəti qaydalarına riayət edək
14 oktyabr 2021- ci il tarixdə məktəbdə 5 “B” sinif şagirdləri ilə ədəbiyyat müəllimi Sənubər Almasovanın rəhbərliyi ilə “Yol hərəkəti qaydalarına riayət edək” adlı tədbir keçirilib.Şagirdlərə təhlükəsiz həyat üçün davranış qaydalarına düzgün riayət etmək tövsiyə edilib.
Əsas məqsəd təhlükəsiz davranış qaydalarının öyrədilməsi, yol hərəkəti qaydaları barədə bilik səviyyəsinin artırılması və ona düzgün riayət edilməsindən ibarət olub.
Sonda yol nəqliyyat nişanlarına aid rəsm müsabiqəsi keçirilib.