Növbəti valideyn iclası keçirildi
Nəsimi rayonu 151 nömrəli tam orta məktəbdə tədris ilinin yekunu ilə bağlı bütün siniflər üzrə 10.06.2016-cı il tarixdə valideyn iclası keçirildi.İclasın gündəliyində II yarımilin yekunu, məktəbli formaları haqqında, şagirdlərin dərsə davamiyyəti və cari məsələlər müzakirə olunmuşdur.Valideynlərin məktəblə sıx əlaqəsinin təmin edilməsi şagirdlərin dərslərə davamiyyəti və tədrisin keyfiyyətinin yaxşılaşmasına xidmət edir.