“Gənclərin hərbi xidmətə hazırlanması” layihəsi çərçivəsində növbəti görüş

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi “Gənclərin hərbi xidmətə hazırlanması” layihəsi çərçivəsində növbəti görüşü Nəsimi rayonunda yerləşən 151 saylı orta məktəbdə baş tutmuşdur. Layihə haqqında məlumat verən birliyin sədri Emin Həsənli qeyd etmişdir ki, gənclərin hərbi xidmətə hazırlanması, gənclər arasında Silahlı Qüvvələrimizə olan inamın artırılması, eləcə də vətənpərlik hislərinin artırılması istiqamətində bu tip layihələrin davamlı olaraq keçirilməsi çox vacibdir. Həmçinin o da qeyd edilmişdir ki, yeniyetmə və gənclərə xidmət öncəsi hərbi xidmətlə tanış olmaları üçün düşərgə təşkil ediləcək. Düşərgə çərçivəsində yeniyetmə və gənclərin hərbi hissələrə səfərləri təşkil ediləcək, hərbi hissədə günün nizam qaydalarına uyğun hərəkətlər icra ediləcək. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbələrinin məsul şəxsləri, ehtiyatda olan zabitlər, döyüşçülərlə gənclərin görüşləri təşkil ediləcək ki, bu da gəncləri maraqlandıran sualların birbaşa həmin şəxslər tərəfindən cavablanmasına, onların Vətənə, xalqa sədaqət hislərinin artırılmasına böyük töhfələrini verəcəkdir. Görüş gənclərin böyük marağına səbəb olmuşdur. Təhsildə fərqlənən bir qrup gənc seçilərək Mingəçevir şəhərində keçiriləcək düşərgəyə dəvət almışdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi