Sağlam həyat tərzi
Məktəbimizdə “Sağlam həyat tərzi” mövzusu ətrafında araşdırma, fəaliyyət və müxtəlif məzmunlu tədbirlərin həyata keçirilməsi planlaşdırılıb. Uşaq və gənclərin sağlam həyat tərzinin, zərərli vərdişlərdən uzaqlaşdırılmasının təmin olunması, habelə onların siqaretçəkmə hallarını doğuran səbəblərin müəyyənləşdirilib aradan qaldırılması, narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının vaxtında alınması məqsədilə məktəbin biologiya müəllimi Salehə Məmmədova maarifləndirici tədbir keçirib.