Plastik qabların insan orqanizminə mənfi təsiri

Ərzaq insanın ən əsas təlabatıdır. Plastik qablarda saxlanılan ərzaq qidaları insan orqanizminə necə təsir edir ?

Məktəbin biologiya müəllimi Salehə Məmmədova  8”C” sinif şagirdləri ilə plastik qablarda saxlanılan ərzaq qidaları və mayelərin insan orqanizminə mənfi təsiri haqqında maarifləndirici söhbətlər aparıb. Mayelərin plastik qablarda uzun müddətli saxlanılmasının insan orqanizminə mənfi təsiri olduğunu  xüsusi vurğulayıb. Plastik  qablarda maye çox qalarsa, qabın tərkibindəki zərərli maddələr mayenin  tərkibinə keçər. Məhz ona görə də plastik  qablardan ikinci dəfə  istifadə olunmamalıdır.

Şagirdlərin bu barədə fikirləri dinlənilib, sualları cavablandırılıb. Mayelərin şüşə qablarda saxlanılmasının  məqsədəuyğun olduğu vurğulanıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi