VI sinif şagirdlərinin valideynləri ilə görüş keçirildi
Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən Bakı şəhərində yerləşən bütün ümumi təhsil müəssisələrinin VI sinifləri üzrə Azərbaycan dili və riyaziyyat fənlərindən şagirdlərin biliklərinin qiymətləndirilməsinin təşkil olunması nəzərdə tutulmuşdur. Bu məqsədlə məktəbdə artıq neçə gündür ki, şagirdlər və valideynlər arasında sinif rəhbərləri tərəfindən maarifləndirici təbliğat işləri aparılır. 26.05.2016–cı il tarixdə məktəbdə rəhbərlik, fənn müəllimləri, VI sinifdə təhsil alan şagirdlər və onların valideynləri ilə birlikdə bu işi tələb olunan səviyyədə təşkil etmək üçün görüş keçirildi. Görüşdə qiymətləndirilmənin təşkil olunmasının məqsədi dolğun şəkildə onlara çatdırıldı. Valideynləri və şagirdləri maraqlandıran suallar cavablandırıldı. Valideynlərdən övladlarının bu qiymətləndirmədə iştirakını yüksək səviyyədə təmin etmələri xahiş olundu.