Qarabağın tanınmış şəxsiyyətləri

    2 aprel 2021 – ci il tarixdə 151 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikası Təhsil nazirinin 16.11  2020 – ci il tarixli, F – 512 nömrəli əmrinin 3 – cü bəndinin icrası isə əlaqədar məktəbin fəaliyyət planına uyğun olaraq  “ Qarabağın tanınmış şəxsiyyətləri” adlı onlayn tədbir keçirilib.         

    Məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi Solmaz Süleymanova “Qarabağın işğaldan azad olunmuş bölgələrinin tanınmış şəxsiyyətləri” barədə ətraflı çıxış edib

    O qeyd  edib ki, Qarabağın ədəbi tarixi çox qədimdir. Bu cənnətməkan diyar zaman – zaman bəşər mədəniyyətinə böyük dühalar bəxş edib. 

    Musiqinin,  təsviri sənətin, şeirin , el nəğmələrinin beşiyi olan Qarabağ neçə - neçə sənət inciləri yaradan dühalar bəxş edib Azərbaycana. XII əsrdə M. Beyləqani, XVI əsirdə Aşiq Qurbani,dünya şairi M.Füzuli, X.Nətavan, N.Vəzirov, Aşıq Pəri, C.Hacıbəyli , Əhməd bəy Ağayev, F. Köçərli, S.S.Axundov, Ə. Haqverdiyev.

    Qarabağ övladları kimi dünyaya göz açan bu sənət  xadimləri sonradan azərbaycan mədəniyyətinin və ədəbiyyatının ədəbi fikir korifeylərinə çevrildilər və türk dünyasının övladları kimi dəyərləndirildilər. 

    Tədbirin sonunda mövzuya uyğun videoçarx nümayiş etdirilib.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi