Məişət zorakılığına qarşı necə mübarizə aparmalı
Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2020-ci il tarixli,2307 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı"nın və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 23.12.2020-ci il tarixli,F-560 nömrəli və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 19.01.2021-ci il tarixli F-07 nömrəli əmrinə əsasən 9-cu sinif şagirdləri ilə "Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə" mövzusunda profilaktik söhbət aparılıb.
Məişət zorakılığı geniş yayılmış problemlərdən biridir. Əksər ailələrdə bu problem özünü müəyyən formada biruzə verir. Bəs onun qarşısını necə almaq və ona qarşı necə mübarizə aparmaq lazımdır?
Müntəzəm olaraq maarifləndirmə işləri aparılmalı, problem varsa zorakılıqla deyil sivil formada həll edilməlidir. Şiddətə məruz qalan insanlar müdafiə olunmalı və onların təhlükəsizliyi qorunmalıdır.
Şagirdlərə bu barədə geniş məlumatlandırıcı məsləhətlər verilib.