İşğaldan azad olunmuş ərazilərin dini ibadətgahları və adət-ənənələri
Qarabağ Azərbaycanın ən qədim tarixi məskənlərindən biridir. Burada yaşayan əhali minilliklər boyu öz mədəniyyətini yaşatmışdır. Qədim tarixə malik olan memarlıq və incəsənət abidələrimiz erməni vandalları tərəfindən dağıdılmışdır.
Qarabağ xanlığı dövründə inşa olunan türbələr, qalalar, məscidlər bu dövrün əsas memarlıq inciləri hesab olunur.
Məktəbin tarix müəllimi Qeydafə İbrahimxəlilova şagirdlərə işğaldan azad olunmuş ərazilərin dini ibadətgahları və adət-ənənələri haqda geniş məlumat verib. O qeyd edib ki, Qarabağ ərazisində ayrı-ayrı dövrlərdə müxtəlif dinlər biri digərini əvəz etmişsə də,bunlar öz tarixi-etnik torpaqlarına bağlı olan yerli xalqın tarixi taleyində baş verdiyindən, dinin özü və dini inanclar dəyişsə də, xalq bir qayda olaraq adət-ənənə özəlliyini, milli xüsusiyyətlərini qoruyub saxlamışdır.
Erməni işğalçıları tərəfindən dağıdılmış dini ibadətgahlar bərpa olunaraq yenidən insanların istifadəsinə veriləcək.