Plastik və şüşə qablarda saxlanılan mayelərin ciddi keyfiyyət fərqi
Ərzaq insanın ən əsas təlabatıdır. Plastik qablarda saxlanılan ərzaq qidaları insan orqanizminə necə təsir edir ?
Məktəbin biologiya müəllimi Cəmalə İbrahimova 9”A” sinif şagirdləri ilə plastik qablarda saxlanılan ərzaq qidaları və mayelərin insan orqanizminə mənfi təsiri haqqında ətraflı söhbətlər aparıb. Mayelərin plastik qablarda uzun müddətli saxlanılmasının məsləhət olmadığını xüsusi vurğulayıb. Plastik qablarda maye çox qalarsa, qabın tərkibindəki zərərli maddələr mayenin tərkibinə keçər. Məhz ona görə də plastik qablardan ikinci dəfə istifadə olunmamalıdır.
Şagirdlərlə bu barədə geniş diskussiya aparılıb. Ərzaq məhsullarnın, mayelərin şüşə qablarda saxlanılması məqsədəuyğun olduğu vurğulanıb.