Gigiyena qaydalarına necə riayət edirəm ?
Pandemiya dövründə şagirdlərlə lazımi profilaktik və maarifləndirici işlərin aparılması məqsədi ilə məktəbin psixoloqu Bahar Qasımova 4”A” sinfində pandemiya zamanı tələb olunan qaydalar haqqında söhbətlər aparıb.
Şagirdlərin pandemiya şəraitində virusla mübarizədə onların obrazlı təxəyyülünün müəyyən edilməsi üçün “Virusla mübarizədə qalibəm” devizi altında rəsm müsabiqəsi keçirilib.
“COVİD-19” xəstəliyindən qorunmaq üçün profilaktika və ehtiyat tədbirləri haqda yaddaş kitabçaları şagirdlərə təqdim olunub.