Lütfi Zadə adına Bakı şəhəri Məktəblilərarası Birinci Məntiq Olimpiadasının məktəb turu keçirildi

Şagirdlərin məntiqi biliklərinin artmasına təkan vermək, onlara beynəlxalq, yerli olimpiadalar və bu kimi tədbirlərdə iştirak təcrübəsini qazandırmaq, istedadlı, xüsusi ilə məntiqi təfəkkürü daha yaxşı inkişaf etmiş şagirdləri aşkar etmək, onların həvəsləndirilməsi və elmə olan marağının artırılmasına müsbət təsir etmək məqsədilə 30 aprel 2016-cı il tarixdə 151 №-li tam orta məktəbdə V və VI sinif şagirdləri arasında Məntiq üzrə olimpiada keçirildi. Olimpiadada 80 şagird iştirak etdi. 30 test sualından ibarət olan test kitabçaları şagirdlərə paylandı. 10:00-da olimpiadaya start verildi. Olimpiada 11:30-da bitdi. Belə məntiqi olimpiadaların keçirilməsinin şagirdlərin məntiqi təfəkkürünü inkişaf etdirilməsində böyük rolu vardır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi