20 Yanvar – Azadlığa gedən yolun zirvəsi

   

  Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılan 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə əlaqədar məktəbdə şagirdlərlə söhbətlər aparıldı, mühazirələr dinlənildi..

     "20 Yanvar – Azadlığa gedən yolun zirvəsi" adlı ədəbi-bədii kompozisiya təşkil edildi. Tarix  müəllimi Murad İsmayılov çıxış edərək Vətənimizin şərəfi, xalqımızın azadlığı uğrunda qurban gedən şəhidlərimizin xatirəsinin hər zaman olduğu kimi bu gün də əziz tutulduğunu qeyd etdi.

     Xalqımızın qan yaddaşında əbədi həkk olunmuş 20 Yanvar faciəsindən otuz il ötməsinə baxmayaraq, o məsum gecənin doğurduğu matəm acısı unudulmamışdır. Tədbirdə şəhidlərin xatirəsinə həsr olunmuş şeirlər söylənildi, mahnılar ifa olundu.

         Azərbaycanın hüzn dolu bu günü, tarixdə Qara Yanvar kimi yazılmış 20 Yanvar faciəsi bir də yaddaşlarda səhifələndi. Azərbaycanın müstəqilliyi, azadlığı uğrunda şəhid olmuş övladlarımızin xatirəsi ehtiramla yad edildi.

"Qanlı şənbə gecəsi rənglərin dilində" adlı rəsm sərgisi təşkil edildi. Yuxarı sinif şagirdlərinə 20 Yanvar faciəsi ilə əlaqədar film nümayiş etdirildi. I-XI siniflər üzrə 20 Yanvar faciəsi ilə əlaqədər divar qəzetləri buraxıldı, məktəbin foyesində foto-stend hazırlandı və siniflərdə güşələr yaradıldı.

       Biz fəxr edirik ki, azadlıq yolunda özünü qurban vermiş şəhidlərimiz var. Onların qəhrəmanlığı, onların ruhu bizim qəlbimizidə daim yaşayacaqdır!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi