"Valideynin məktəbdə bir günü" layihəsi həyata keçirildi

        Valideynlərin təhsil müəssisələri ilə yaxından tanışlığının təmin edilməsi, istər infrastruktur, istərsə də tədris prosesinin təşkilinin təkmilləşdirilməsi    istiqaməti  üzrə rəy və təkliflərinin  əldə edilməsi, məktəbin pedaqoji heyəti və texniki  işçi kollektivi ilə ünsiyyət  platformasının  yaradılması məqsədi ilə “Valideynin məktəbdə bir günü” layihəsi həyata keçirildi.

       Layihə çərçivəsində  məktəb rəhbərliyi, müəllim -şagird – valideyn  əməkdaşlığının  daha da möhkəmlənməsi və onların rəy və təkliflərinin kollektiv şəkildə icra olunmasına imkan yaradıldı.

       Tərtib olunmuş proqrama əsasən rəsmi açılış oldu. Valideynlər sonra  fənn kabinetləri, kitabxana, akt zalı, tibb otağı ilə tanış oldular. Müxtəlif  siniflər üzrə keçirilən  dərslərdə valideynlərin iştirakına şərait yaradıldı.

       Valideynlər üçün seminar təşkil edildi, onların rəy və təklifləri dinlənilərək fikir mübadiləsi aparıldı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi