“Ölkəmizi tanıyaq” adlı tur aksiya
"Ölkəmizi tanıyaq" adı altında maarifləndirici tur –aksiyada iştirak edən Nəsimi rayon məktəbliləri ilə İcra Hakimiyyətində məktəb direktorlarının, valideynlərin, veteranların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə görüş keçirilib.
Görüşdə məktəbin X “B” sinif şagirdləri Fidan İsmayılova və İnarə Mikayılova iştirak ediblər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə yeniyetmələrin respublikamızın müxtəlif rayonlar ilə tanışlığı üçün təşkil olunmuş maarifləndirici tur-aksiyaya onlar da qoşulublar.
Onlar Gəncə, Göygöl və Şəmkir bölgələrinin tarixi–mədəni abidələri, muzeyləri ilə tanış olmuş və bu tur–aksiyanın çox böyük maarifləndirici əhəmiyyəti olduğunu qeyd edibər.