Dəyirmi masa keçirildi

Dekabrın 5-də məktəbdə biologiya müəllimi Salehə Məmmədovanın təşkilatçılığı ilə “Azərbaycan gəncləri narkotiklərə yox” deyir adlı dəyirmi masa təşkil edilib. Şagirdlərə həyat üçün təhlükəli olan zərərli maddələr haqqında geniş məlumat verilib. Müxtəlif müzakirələr keçirilib.
Şagirdlər “Narkomaniya narkotiklərdən psixi və fiziki asılılıqdır” başlığı ilə müxtəlif referatlarla çıxışlar ediblər. Hazırladıqları kiçik səhnəciyi nümayiş etdiriblər.