Nailiyyətlərimiz

"EKOLAB" LAYİHƏ OLİMPİADASININ XƏZƏR RAYON MƏRHƏLƏSİMəktəbimizin komandası "Ekolab" layihə olimpiadasının Xəzər rayon mərhələsində Kimya tədqiqat sahəsi üzrə I yerə laiq görülmüşdür.

“Milli-mənəvi dəyərlər haqqında düşüncələrim” mövzusunda inşa müsabiqəsinin respublika mərhələsində 1-ci yerDAHA BİR UĞUR ŞÜKÜRLÜ LƏMANDAN. “Milli-mənəvi dəyərlər haqqında düşüncələrim” mövzusunda inşa müsabiqəsinin respublika mərhələsində 1-ci yerin qalibi məktəbimizin XI sinif şagirdi Şükürlü Ləman Hidayət qızı olmuşdur. Şagirdimizi təbrik edib gələcək müsabiqələrdə uğurlar diləyirik. Dekabrın 20-də Təhsil Nazirliyinin tabeliyindəki akademik Zərifə Əliyeva adına liseydə “Milli-mənəvi dəyərlər haqqında düşüncələrim” mövzusunda inşa müsabiqəsinin respublika mərhələsi keçirilib. Müsabiqədə respublikanın bütün bölgələrindən olan 101 nəfər şagird iştirak edib. Qeyd edək ki, “Milli-mənəvi dəyərlər haqqında düşüncələrim" mövzusunda inşa yazı müsabiqəsi Təhsil Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin “Təhsil müəssisələrində uşaq və gənclərin milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında” 2015-ci il üzrə birgə Fəaliyyət planınına və həmin planın 8-ci bəndinin icrası məqsədilə Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən keçirilir. Müsabiqədə ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri iştirak edib. Müsabiqənin 30 mindən çox şagirdin iştirak etdiyi məktəb və rayon (şəhər) mərhələləri cari ilin oktyabr-noyabr aylarında təşkil olunub

"Olimpiya Hərəkatı" proqramı çərçivəsində badminton üzrə III yer"Olimpiya Hərəkatı " proqramı çərçivəsində Xəzər rayon üzürə birincilikdə "bodminton" idman növündə məktəbimiz üçüncü yerə laiq görüldü Müəllim: Şahbazova Raisə Şagird: Əliyev Elmar Qasımova Tovuz

HAQQIMIZDA

Məktəb 1935-ci ildə tikilmiş və 1946-ci  ildən məktəb kimi fəaliyyətə başlamışdır. Məktəb binası 350 şagird üçün nəzərdə tutulmuşdur. Məktəbimiz qəhrəman Elçin Şəmiyevin adını daşıyır. Elçin Şəmiyev 18 yanvar 1965...

BİZİM FƏXRLƏRİMİZ

Əli Abbasov Səfa

Eldar Baxşəliyev Fətəli

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi