“Web-lahiyənin təqdimatı və müzakirəsi” mövzusunda nümunəvi dərs

    18 aprel 2024-cü il tarixində məktəbin X "A" sinfində Rahim Cəbiyevin rəhbərliyi ilə informatika fənni üzrə nümunəvi dərs keçirilib. “Web-lahiyənin təqdimatı və müzakirəsi” mövzusunda keçirilən nümunəvi dərsin dinlənilməsində məqsəd sinfin təşkili, müəllimin davranışı və şagirdlərin əməkdaşlıq bacarığının yoxlanılması olub. Şagirdlər kiçik qruplara bölünərək kompüter, proyektor və iş vərəqlərindən istifadə etməklə proqramın icrasına dair bacarıqlarını nümayiş etdiriblər. Verilən tapşırıqlar şagirdlərin potensial imkanlarına uyğun olub və onların qrupda işləmək bacarığı qiymətləndirilib. Dərsdə məktəbin direktoru Rəhilə Baxşıyeva və direktor müavinləri iştirak ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi