İnkişaf və Sülh naminə Beynəlxalq İdman Günü

 İnkişaf və Sülh naminə Beynəlxalq İdman Günü idman təqvimində yeni tarixdir. 2013-cü il avqustun 23-də BMT-nin Baş Məclisi aprelin 6-nı Beynəlxalq İdman Günü kimi qeyd etməyi yekdilliklə qərara alıb. Onun rəsmi adı İnkişaf və Sülh naminə Beynəlxalq İdman Günüdür. 

      Azərbaycan artıq beynəlxalq aləmdə idman ölkəsi kimi tanınır. Bu isə həyata keçirilən uğurlu dövlət siyasətinin məntiqi nəticəsidir. Bir tərəfdən, mövcud idman qurğuları yenidən qurulur, yaxud yeniləri inşa edilir, idmançılar hərtərəfli qayğı ilə əhatə olunur ki, bu da beynəlxalq turnirlərdə daha böyük uğurlar əldə etməyə imkan verir. Təbii ki, əsas diqqət idmanın maddi-texniki bazasının möhkəmləndirilməsinə yönəldilir.

 Bütün bu uğurlar Azərbaycanda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş idmana, gənclərimizin sağlamlığına yüksək diqqət və qayğı siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirilməsi sayəsində əldə olunub. Bu sahədə həyata keçirilən ardıcıl tədbirlər, idmançılara göstərilən diqqət və qayğı, ölkəmizdə ən yüksək standartlara cavab verən mükəmməl idman infrastrukturu qarşıdakı illərdə daha böyük uğurların əldə olunacağına güclü zəmin yaradır.

  6 Aprelin 2024-cü il tarixində məktəbdə İnkişaf və Sülh naminə Beynəlxalq İdman Gününə  həsr olunmuş tədbir keçirildi. Tədbirdə idman nailliyyətləri olan məktəbin şagirdləri, müəllimlər və məktəb rəhbərliyi iştirak etdi. Gənc idmançılar idmanın müxtəlif növləri üzrə nümunəvi çıxışlar təqdim edərək öz məharətlərini göstərdilər. Həmçinin, şagirdlər müxtəlif musiqi nömrələri də nümayiş etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi