Beynəlxalq Uşaq Kitabı Günü

  2 aprel 2024-cü il tarixində məktəbimizin kitabxanasında Beynəlxalq Uşaq Kitabı Günü münasibətilə tədbir keçirildi. Tədbirdə məktəbin kitabxana müdiri Məhəbbət Dəmirova mütaliənin həyatımızdakı rolu haqqında danışdı. Bu gün dünyada Beynəlxalq Uşaq Kitabı Günü kimi qeyd olunur.1805-ci il aprelin 2-də uşaq ədəbiyyatının inkişafında əvəzsiz rolu olan danimarkalı yazıçı Hans Xristian Andersen anadan olub. 1967-ci ildən etibarən yazıçının doğum günü Uşaq Kitabları üzrə Beynəlxalq Şuranın təşəbbüsü ilə bütün dünyada Beynəlxalq Uşaq Kitabı Günü kimi qeyd olunmağa başlayıb. Daha sonra V "Ç", V"Q",V "M" sinif şagirdləri kitab haqqında şeirlər, hikmətli sözlər, tapmacalar, aforizmlər söylədilər.Həmçinin kağızın yaranması, kitabın onlar üçün asudə vaxtlarının səmərəli keçirilməsi,daha çox söz ehtiyatına sahib olması baxımından faydalı olduğunu qeyd etdilər. Bu günün keçirilməsində əsas məqsəd uşaqların intellektual inkişafında kitabın rolunu artırmaq, kitaba sevgi aşılamaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi