Fənn Olimpiadasının məktəbdaxili mərhələsi

      30 oktyabr 2021-ci il tarixində məktəbdə Respublika fənn olimpiadasının məktəbdaxili mərhələsi keçirilib.

Olimpiadanın məktəbdaxili mərhələsinin keçirilməsində məqsəd xüsusi istedadı olan şagirdləri aşkarlamaq, onların şəhər turunda iştirakını təmin etmək, şagirdlərin bilik və bacarıqlarını qiymətləndirmək, şagirdlərin həmin fənnlərə olan marağını artırmaqdan ibarətdir.

     Azərbaycan və rus bölməsinin IX-XI sinif şagirdləri arasında keçirilən məktəbdaxili olimpiada Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix, coğrafiya fənləri üzrə keçirilib.

     Bilik yarışına həmçinin xüsusi istedada və hazırlığa malik VIII sinif şagirdləri də qatılıblar.

     Cavablar metodbirləmələrdə yoxlanılaraq müzakirə ediləcək, yüksək nəticə qazanmış şagirdlər fənn olimpiadasının rayon turuna göndəriləcəklər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi